Liqa 1-də VII turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 2 matç keçirilib. 

PSJ öz meydanında “Brest”i məğlub edib. "Marsel” isə “Lill”lə oyunda hesabda geri düşsə də matçdan qalibiyyətlə ayrıla bilib.

Qeyd edək ki, PSJ 19 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xalı olan "Marsel" isə əlavə göstəricilərə görə 2-ci pillədə qərarlaşıb. "3-lüyü" isə 17 xala sahib olan "Lans" klubu tamamlayır.

Fransa, Liqa 1, 7-ci tur

"PSJ" - "Brest" - 1:0
Qol
: Neymar, 30.

"Marsel" - "Lill" - 2:1
Qollar
: A.Sançes, 26. Jiqo, 61 – İsmaili, 12.