"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın baş məşqçisi Anton Kombuare klubun saytına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, o, sentyabrın 15-də səfərdə Ağdam təmsilçisinə qarşı keçirəcəkləri oyununla bağlı fikirlərini də söyləyib:
"Qarabağ"la oyun üçün səfər çətin olacaq. Məhdudiyyətlər var. Bərpa və məşqlər üçün infrastruktur məsələləri və s. var. Matçdan sonra Fransaya nə vaxt geri dönəcəyimizi də dəqiq bilmirik. Bu görüşdən 3 gün sonra isə Liqa 1-də "Lans"la oyunumuz var".
Qeyd edək ki, "Qarabağ" - "Nant" oyunu sentyabrın 15-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.