“Renn" klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Nitsa"nın futbolçusu Amin Quiri heyətə cəlb edilib.
22 yaşlı oyunçu ilə 5 illik sözləşmə imzalanıb. "Renn" hücumçuya görə 28 milyon avro ödəyəcək.
Qeyd edək ki, Quiri 2020-ci ildən “Nitsa”da çıxış edirdi. O, bu komandada 89 oyunda 28 qol vurub.