Fransa 2-ci Liqa təmsilçisi "Sent-Etyen"ə keçən İbrahima Vadji "Qarabağ" klubu və azarkeşləri ilə sağollaşıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu sosial şəbəkə hesabında keçmiş komandası barədə paylaşım edib:
"Bütün ailəmi - klubda çalışanlar, dəyərli qardaşlarım və "Qarabağ" azarkeşlərini salamlayıram. Bu vida mesajıdır. Gözlənilmədən ayrıldığıma görə bunu üz-üzə edə bilmədim. Lakin əmin olun ki, çox gözəl xatirələr yaşadım. Çox tez başa çatsa da, bu, möhtəşəm macəra idi. Hamınıza uğurlar arzu edirəm, hər şey üçün təşəkkürlər".
Qeyd edək ki, Vadji "Sent-Etyen"lə 3 illik müqavilə bağlayıb.