Sabiq "Qarabağ"lı İbrahima Vadjinin "Sent-Etyen"lə müqavilə bağlayacağı tarix bəlli olub.  

 Offsideplus.az xəbər verir ki, seneqallı futbolçu Fransa klubu ilə avqustun 30-da müqavilə imzalayacaq. "Sent-Etyen" 27 yaşlı hücumçu üçün Ağdam təmsilçisinə 1,5 milyon avro ödəyəcək. Müqavilənin müddəti 3 ildir.

Fransa Liqa 2. təmsilçisi, həmçinin müdafiəçi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə də yeni sözləşmə imzalayacaq.

Qeyd edək ki, Vadji 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.