PSJ futbolçusu Ander Herreranı icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi “Atletik”də (Bilbao) çıxış edəcək. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Herrera 2019-cu ilin yayında “Mançester Yunayted”dən PSJ-yə keçib. Üç mövsümdə 95 matçda iştirak edən oyunçu Paris təmsilçisi ilə iki dəfə Fransa Çempionu, iki dəfə Fransa Kuboku, Liqa Kuboku və iki dəfə də Çempionlar Kubokunu qazanıb. İspaniyalı oyunçu 2011-2014-cü illərdə isə Bilbao klubunda çıxış edib.