Fransanın "Marsel" klubu Kriştiano Ronaldo ilə maraqlanmır.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçunun adı Liqa 1 təmsilçisi ilə hallansa da, klub və "Mançester Yunayted" arasında heç bir danışıq baş tutmayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Marsel"in prezidenti Pablo Lonqoria yayılan şayiələrdən narazı qalıb. Belə ki, Fransa klubu tamamilə fərqli layihə üzərində çalışır və bu planda Ronaldoya yer yoxdur.
Qeyd edək ki, Kriştiano daha öncə İtaliyadan "Yuventus", Almaniyadan "Borussiya"ya təklif edilsə də, sözügedən klublar portuqaliyalı ulduzun transferindən imtina edib.