Fransa Liqa 1-in 3-cü turunda 76-cı dəqiqədə 10 nəfərlə qalan "Marsel" "Nantı" öz meydanında 2-1 hesabı ilə məğlub etdiyi görüş ev sahibi komandasının baş məşqçisi İqor Tudor və futbolçusu Cengiz Ünder arasında yaşanan gərginliklə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, Marsel təmsilçisinin baş məşqçisi İqor Tudor 65-ci dəqiqədə Aleksis Sançesi Cengiz Ünderlə əvəzləyib. Daha sonra oyuna daxil edilən Türkiyə millisinin üzvü 84-cü dəqiqədə Tudorun surpriz qərarı ilə Duje Kaleta-Karla əvəzlənib. Bu qərara etiraz əlaməti olaraq, oyundan çıxan türkiyəli fubolçu birbaşa soyunub geyinmə otağına yollanıb.

Qeyd edək ki, Cengiz Ünder verilən əvəzetmə qərarını təəccüblə qarşılayıb. Cinah vingerinin dəyişikliyə verdiyi reaksiyasının fotosunu təqdim edirik:

af92a509 3d00 4927 b2c1 59cfd916dac9