Adı "Qalatasaray"la hallanan Cengiz Ündər İtaliya klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, "Marsel" klubu "Atalanta"nın yarımmüdafiəçisi Ruslan Malinovski ilə yaxından maraqlanır. Fransa təmsilçisi ukraynalı futbolçunun qarşılığında Cengiz Ündəri təklif edir. Bu barədə italiyalı jurnalist Canluka di Martsio məlumat yayıb.

İki klub arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, "Marsel" bir illik icarədən sonra bu ilin iyul ayında Ündəri "Roma"dan birbaşa transfer edib.