PSJ "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı heyətinə qatmaqda israrlıdır.

 Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin nümayəndələri qarşı tərəflə danışıqlara rəsmi olaraq start verib. Klub hətta portuqaliyalı oyunçu üçün "şəhərlilər"ə 80 milyon avro təklif edib. Bu barədə "Le10sport.com" saytı məlumat yayıb. Xəbərə görə Premyer Liqa təmsilçisi təklifi geri çevirib.

Bernardo Silva PSJ-də oynamaqda maraqlı olsa da, "Mançester Siti" və baş məşqçi Pep Qvardiola ilə yaxşı münasibətləri olduğu üçün sakitliyini qoruyur və münaqişə yaratmaq istəmir.

Qeyd edilir ki, 80 milyonluq təklifi geri çevrilən PSJ  yeni təkliflə "Mançester Siti"yə müraciət etməyə hazırlaşır.