PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Kilian Mbappeni tənqid edən bəzi tvitləri bəyənib.

Offsideplus.az xəbər verir ki, PSJ - "Monpelye" (5:2) matçında ilk penalti zərbəsini yerinə yetirən Mbappe qol vura bilməyib. Rəqib qapısına təyin olunan ikinci penaltini isə Neymar dəqiq yerinə yetirib. 11 metrlik cərimə zərbəsini vurmadan öncə Mbappe komanda yoldaşına yaxınlaşıb və yenə penalti vurmaq üçün topu Neymardan istəyib. Braziliyalıya yaxınlaşarkən Kilianın Leo Messinin çiyninə sərt şəkildə toxunması da diqqətdən qaçmayıb.

Matçdan sonra Neymar tviter səhifəsində Mbappe barədə bəzi qalmaqallı tvitləri bəyənib. Tvitlərdə deyilir:

"Aydındır ki, bu müqavilə ilə bağlıdır. Çünki dünyada heç bir klub Neymar varsa, onu penaltini vuran ikinci futbolçu etməz".

"Görünür ki, bu müqaviləyə görədir, Mbappe PSJ-nin sahibidir!"

"PSJ-nin bugünkü matçında Neymar qol vurdu və qapıçını (bir daha) alçaltdı. Mbappeyə gəlincə, zərbəni çox pis yerinə yetirdi. Oyundan sonra baş məşqçi dedi ki, Mbappe komandanın penaltini vuran əsas futbolçusu olacaq. Cəfəngiyyatdır!"

Neymar daha sonra bəyənmələri geri çəkib.

Qeyd edək ki, Kilian Mbappe bu yay PSJ ilə 3 illik müqavilə imzalayıb. 

 

FaGqpWVacAAT6Qq

 

Bizi Teleqramda izləyin!