"Monako"nun 2022-2023 mövsümü üçün səfərdə geyəcəyi alternativ forması təqdim olunub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə olaraq açıq-bənövşəyi rənli geyimdən istifadə edəcək. Formanın ön hissəsində iki naxış və "knyazlıq" təmsilçisinin gerbi təsvir olunub. Bundan başqa yeni geyim dəstinin üzərində diaqonal xətlərin birləşdiyi qrafik də yer alır.