PSJ klubunun baş məşqçisi Kristof Qaltye komandanın hücumçusu Lionel Messinin oyunundan razı qaldığını bildirib.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz oyunçu dünən Fransa Liqa 1-də "Klermon"la görüşdə (5:0) dubl edib, bir məhsuldar ötürmə ilə fərqlənməyi bacarıb. Mütəxəssis "L'Equipe" nəşrinə müsahibəsində deyib: 

"Messinin çox kəskin və çox aydın taktika anlayışı var. Lionel  harada olmalı, hansı mövqe tutmalı, hansı zonada olmalı olduğunu çox yaxşı bilir. O, bu oyunçularla oynamağı xoşlayır. Messi gülümsəyəndə bütün komanda gülümsəyir”.