PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Lill"dən Renato Sançesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. PSJ Renato üçün "Lill"ə 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sançes ötən mövsüm "Lill" forması ilə 31 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.