Komanda başına yeni çalışdırıcı gətirən "Marsel" krizlə üz-üzədir.
Offsideplus.az "L'Equipe"ə istinadən xəbər verir ki, futbolçular İqor Tüdorun komanda ilə rəftarından narazıdır. Bu səbəbdən kapitan Dimitri Payet klubun prezidenti Pablo Lonqoriyadan təcili toplantı tələb edib.
Xorvatiyalı mütəxəssis daha öncə yarımmüdafiəçi Xerson və hücumçu Dienqlə mübahisə edib. "Marsel" tərəfdarları sosial şəbəkələrdə "Tudor Out" başlığı ilə paylaşımlar edərək, mövsüm başlamadan Tüdorun komandadan ayrılmasını istədiklərini dilə gətiriblər.
Bundan əlavə, Tüdorun Cengiz Ündəri ilk "11-lik"də istəmədiyi və türk oyunçunun baş məşqçinin bu hərəkətindən məmnun olmadığı mətbuata sızıb.
Qeyd edək ki, 44 yaşlı baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.