PSJ klubunun futbolçusu Jorjinyo Veynaldum karyerasını "Roma"da davam etdirəcək.

Offsideplus.az İtaliya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini razı salıb."Roma" Veynaldumu hələlik birdəfəlik transfer etmək fikrində deyil. Klub onu satın ala bilmək maddəsi ilə icarəyə götürəcək. Futbolçunun 9 milyon avroluq maaşını bir hissəsini isə PSJ ödəyəcək.

Qeyd edək ki, Veynaldum 2021-ci ildən PSJ-də oynayır.