"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Fransanın "Olimpik Marsel" klubuna keçə bilər.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki,  növbəti mövsümdə UEFA Çempionlar Liqasında oynamağı planlaşdıran ulduz futbolçu həm də Fransa çempionatında Lionel Messiyə (PSJ) rəqib olmaq arzusundadır.

Qeyd edək ki, bir müddət əvvəl Ronaldo PSJ-yə də təklif edilmişdi. Lionel Messi isə onunla eyni komandada oynamaq istəmədiyini bildirib.