"Marsel" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Verona"nın cinah vingeri Darko Lazoviçinin transferini tamamlamaq üzrədir. Bu barədə insayder Fabritsio Ramona məlumat yayıb. Marsel tərəfinin bu həftə danışıqların son mərhələsi üçün İtaliyaya gedəcəyi deyilir. 31 yaşlı futbolçunun keçidinin baş tutmasını Fransa klubunun yeni baş məşqçisi İqor Tudorda çox istəyir.
Qeyd edək ki, serbiyalı oyunçu 2019-cu ildən "Verona"da oynayır. O, geridə qalan mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 2 qol və 7 ötürmə ilə fərqlənib. Darko 2012-ci ildən çağrıldığı Serbiya millisində isə 17 matç keçirib.