PSJ klubu futbolçusu Leandro Paradesi satmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, Paradesin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, geridə qalan mövsüm Liqa 1-də 15 matçda 1 qol vurub.