"Marsel"də ayrılıq yaşanıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi qapıçısı Stiv Mandanda ilə yollarını ayırıb. 37 yaşlı "əlcək sahibi"nin sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Fransa millisinin üzvü 2007-ci ildən "Marsel"də çıxış edirdi. O, bu komandada 610 oyun keçirib və 674 qol buraxıb.