Fransanın PSJ klubu komandanın "sükanı arxasına" dünyaca məşhur mütəxəssisi gətirəcək.

 Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, Paris təmsilçisi "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidanla anlaşıb.

Klub rəhbərliyinin 49 yaşlı fransalı mütəxəssislə əlaqə saxladığı və ilkin razılığın əldə olunduğu bildirilir.

Zidanın bu mövsümün sonunda PSJ-nin hazırkı baş məşqçisi Mauristio Poçettinonu əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ildə "Real"la yollarını ayırdıqdan bəri işsizdir.