Türkiyə millisinin və Fransanın "Lill" klubunun hücumçusu Burak Yılmaz karyerasını başqa çempionatda davam etdirəcək.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 36 yaşlı oyunçu ABŞ-ın MLS liqasına gedəcək. Onun hansı kluba transfer ediləcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, 2020-ci ildən Liqa 1 təmsilçisində çıxış edən Burak bu mövsüm "Lill" formasıyla çıxdığı 36 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.