Fransanın PSJ klubu yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.

Offsideplus.az xəbər verir ki, Paris klubu “GOAT” idman ayaqqabılarının onlayn satışı platforması ilə razılıq əldə edib. 

Üç illik əməkdaşlıq PSJ-yə 50 milyon dollar qazandıracaq. Yeni tərəfdaşın adı komandanın idman geyiminin qolunda da əks olunacaq. 

PSJ “GOAT”da öz mağazası olan ilk klubdur.