PSJ Türkiyə millisinin və "Marsel"in futbolçusu Cengiz Ündəri heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Star.com.tr"yə istinadən xəbər verir ki, Fransa nəhəngi müqavilə əsasında İtaliyanın "Roma" klubuna məxsus olan və bu mövsüm yaxşı performans sərgiləyən 24 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçəcək. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Marsel" forması ilə 28 matçda 9 qol və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Marsel" "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibidir.