Fransa millisinin sabiq futbolçusu Elyakim Manqala özünə yeni klub tapıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Sent-Etyen"la anlaşıb. Liqa 1 təmsilçisi onunla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Manqala keçən ilin yayından klubsuz idi.
Xatırladaq ki, fransalı sabiq futbolçu karyerası ərzində "Portu", "Mançester Siti", "Valensiya" və "Everton" kimi önəmli klubların formalarını geyinib.