Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"in 5 futbolçusu koronavirusa yoluxub.

 Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubunun 5 oyunçusunun testi müsbət çıxıb.

Bunlar qapıçı Stiv Mandanda, Alvaro Qonsales, Arkaduş Milik, Valentin Ronjye və Jersin Santosdur.

Hələ ki, Liqa 1 təmsilçisi bu barədə rəsmi məlumat verməyib. Daha əvvəl isə Konrad de la Fuente  və  Pol Lirolanın test nəticəsi müsbət çıxmışdı.

Bildirilib ki, komanda virusa yoluxan futbolçuları ictimaiyyətə  yaymaq istəmir.

Xatırladaq ki, "Qarabağ" fevralın 17-də "Veledrom"da "Marsel"in qonağı olacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.