Türkiyə millisinin və İspaniyanın "Selta" klubunun futbolçusu Okay Yokuşlu karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Bordo" 27 yaşlı oyunçunu heyətində görmək istəyir. Onun Viqo təmsilçisi ilə 2023-cü ilə kimi müqaviləsi var.
Okay Yokuşlunu "Qalatasaray"da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, o, bu mövsüm "Selta" formasıyla 7 maçta meydanda olub.