"Lion" Sərdar Azmunla razılığa gəlmək üzrədir.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romanı məlumat verib. O, 26 yaşlı hücumçunun Fransa klubuyla şəxsi anlaşma bağladığını bildirib.
Azmunun "Zenit"lə müqaviləsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, İran millisinin üzvü 2019 - cu ilin fevralından Sankt-Peterburq təmsilçisində top qovur.