PSJ-nin müdafiəçisi  Serxio Ramos  ölkə çempionatının 17-ci turunda keçiriləcək "Lans"la matçda olmayacaq.

Offsideplus.az "Football Espana"ya istinadən xəbər verir ki,  35 yaşlı  ispaniyalı matador əzəlisində ağrılar hiss etdiyinə görə, komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Ramos bu ilin yayında Paris təmsilçisinə transfer olunub. O, indiyə kimi 1 qarşılaşmada forma geyinə bilib.