İtaliya yığmasının hücumçusu Mario Balotelli yenidən Fransada çıxış edə bilər. 

Offsideplus.az xəbər verir ki, “Marsel” 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klubun Balotelli ilə danışıqlara başladığı bildirilir.

 “Marsel”in gələn ay Balotelli ilə müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, son mövsümü “Nitsa”da keçirən futbolçu 36 oyuna 26 qol vurub.