PSJ klubunun ulduz hücumçusu Lionel Messinin son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 34 yaşlı forvardın dizindən aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxdığını və bir müddət komandadan kənar qalacağını açıqlayıb.
34 yaşlı futbolçunun sentyabr ayında Argentina millisinin heyətində Venesuela (3:1) ilə matçda zədələndiyi və qarşıdakı bir neçə oyunu buraxacağı müəyyənləşib.
Messinin Madriddəki klinikalardan birində bərpa prosesi keçməyi planlaşdırdığı bildirilir.