Fransa Liqa 1-də ötən turun mərkəzi matçı olan "Marsel" - PSJ matçındakı (0:0) epizod hələ də sosial şəbəkələri dolaşır.

Belə ki, görüşün sonlarında Messiylə hücum qurmağa hazırlaşan PSJ-nin bu cəhdi uğursuz alınıb. Meydan sahiblərinin ulduz futbolçusu Dmitri Payet ildırım sürətiylə şığıyaraq 34 yaşlı hücumçudan topu alıb və fəndlərlə Messini aldadıb.

Bir çox futbol səhifələrində paylaşılan görüntülər izləyicilərin böyük marağına səbəb olub. Futbolsevərlər "Payet Messini qovurdu", "Payet Messiyə futbol dərsi keçdi" kimi ifadələrlə argentinalıya söz atıblar.