Ötən tur Fransa Liqa 1-də "Mets"lə matçda zədə səbəbindən forma geyinə bilməyən PSJ-nin yeni transferi Lionel Messi növbəti oyunda da iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı argentinalı hücumçu sabah "Monpelye" ilə qarşılaşmanı da kənardan izləməli olacaq.

Paris təmsilçisinin heyətində indiyədək 3 oyunda ümumilikdə 191 dəqiqə oynayan Messi zədə səbəbindən sabahkı görüşü buraxacaq.

Qeyd edək ki. PSJ - "Monpelye" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.