PSJ klubunun yeni transferi Serxio Ramosun komandadakı debütü növbəti dəfə təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı ispan müdafiəçi sol ayağının baldır əzələsindən aldığı zədəsini bərpa etməyə davam edir.
O, ən azı iki oyunu - Fransa çempionatında "Klermont" və Çempionlar Liqasında "Brügge"yə qarşı matçları buraxacaq.