Burak Yılmaz Fransa "Lill"indən ayrılmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Joselayn Qurvennes məlumat verib. O, 36 yaşlı hücumçunu komandada saxlamaq istədiklərini bildirib. Təcrübəli mütəxəssis futbolçunun "Lill"dən ayrılmayacağını düşündüyünü dilə gətirib.
Qeyd edək ki, Burak Yılmazın "Lill"ə müqaviləsi növbəti ilin yayına qədərdir.