“Kayserispor” klubunun qapıçısı Doğan Alemdar karyerasını Fransada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı qolkiper “Renn” klubu ilə razılığa gəlib. 

“Renn” Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq.