PSJ "Yeni Qalaktikos" qurmaq üçün daha bir ulduzu rənglərinə bağlamaq niyyətindədir. 

Offsideplus.az İngiltərənin "İndependent" nəşrinə istinadən xəbər verir ki, Fransa təmsilçisinin növbəti hədəfi Pol Poqbadır. 

Bu mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi bitəcək fransalı futbolçuya PSJ həftəlik 600 min avro təklif edir. Əldə edilən məlumata görə, yarımmüdafiəçi "Mançester Yunayted"in yeni müqavilə təklifi rədd edib və gələn yay PSJ-yə keçmək istəyir. 

Qeyd edək ki, Fransa klubu bu mövsüm Lionel Messi, Canluici Donnarumma, Serxio Ramos, Aşraf Hakimi və Jorjinyo Veynaldum kimi futbolçuları heyətinə qatıb.