Fransa superkuboku çərçivəsində "Lill"lə qarşılaşacaq PSJ ciddi itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Paris klubu həlledici matçda bəzi vacib futbolçularının xidmətindən məhrum olub. Kilian MbappeNeymar bu oyunda komandaya kömək edə bilməyəcək. Mbappe mövsüm öncəsi hazırlıqları fərdi şəkildə həyata keçirir.

Bundan başqa, zədəli oyunçular  Serxio Ramos, RafinyaXuan Bernat da "Lill"lə oyunda meydanda olmayacaq. Həmçinin Markinyos da heyətə salınmayıb.

Təl-Əvivdə keçiriləcək "Lill" - PSJ oyunu bu gün, saat 23:00-da başlayacaq.