Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldumla 3 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, mövsümün sonunda "Liverpul"la müqaviləsi bitən 30 yaşlı futbolçu PSJ-yə azad agent kimi keçib.