PSJ-nin yeni transferi Serxio Ramos mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Kilian Mbappenin Paris təmsilçisində qalmasına ümid edir.

"Kiməsə nə etməli olduğunu deyə bilmərəm, sadəcə onlara bəzi məsləhətlər verirəm. Kilianın PSJ-də qalmasını istəyərdim, çünki ən yaxşılar ilə oynamaqdan xoşum gəlir. Qalmaq və ya tərk etmək barədə qərar verirsənsə, bu şəxsidir. Onun nə düşündüyünü bilmirəm, amma fərqlilik yarada bilər".

Qeyd edək ki, 22 yaşlı hücumçu ilə "Real" yaxından maraqlanır.