Serxio Ramos karyerasını "Arsenal"da davam etdirə bilərmiş.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, "topçular" 35 yaşlı müdafiəçiyə iki illik müqavilə və hər ilinə 17 milyon avro maaş təklif edib. 

Lakin ispaniyalı futbolçu London təmsilçisinin Çempionlar Liqasında oynamayacağına görə bu təkliflə razılaşmayıb.

Xatırladaq ki, Ramos PSJ ilə 2 illik müqavilə imzalayıb.