Bu yay nəhəng transferlər edən PSJ səhvən Serxio Ramos keçidini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi rəsmi saytında yayımladığı məlumatda 34 yaşlı müdafiəçinin 4 nömrəli forma altında çıxış edəcəyini bildirib. Klubun televiziyasına danışan Ramos bu sözləri deyib: "Bu 4 nömrə həyatım boyu mənə yoldaşlıq etdi, bir çox zəfərlər gətirdi. PSJ kimi komandada bu nömrəni geyinmək mənim üçün çox özəldir".

Daha sonra "Paris Sen-Jermen" ispaniyalı oyunçunun açıqlamaları olan xəbəri rəsmi saytından silib. 

Qeyd edək ki, daha öncə Corcinyo Veynaldum və Əşrəf Hakimini heyətinə qatan PSJ-nin Canluici Donnarumma keçidini də tezliklə açıqlayacağı gözlənilir.