“Olimpik” (Marsel) klubu heyətinə daha bir futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi ötən mövsüm Dortmund “Borussiya”sından icarəyə götürdüyü Leonardo Balerdinin transfer hüquqlarını alıb.

22 yaşlı argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.