İtaliya "Roma"sının futbolçusu Çingiz Ündərin Fransanın "Marsel" klubuna keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiçi ötən mövsümü icarə əsasında "Lester"də keçirib.