"Olimpik Marsel" klubu "Roma"nın iki futbolçusu üçün danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi Pau Lopez və Cengiz Ünder üçün hərəkətə keçib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Rəhbərlik hər iki futbolçunu birbaşa satın alma seçimi ilə icarəyə götürmək istəyir. "Olimpik" Lopez üçün 15 milyon avro, Ündər üçün isə 12 milyon avro təklif edir.