PSJ "Liverpul"un məşhur futbolçusu Corcinyo Veynaldumu transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Qırmızılar"la anlaşması başa çatan 30 yaşlı yarımmüdafiəçi PSJ ilə 2024-cü ilin iyununadək müqavilə bağlayıb. 

Qeyd edək ki, niderlandlı futbolçu ilə "Barselona" da yaxından maraqlanırdı. PSJ "Barsa"nın təklifinin iki qatını irəli sürəndən sonra Veynaldum Maurisio Poçettinonun komandasına qatılmaq qərarı verib.