PSJ-nin prezidenti Nasser Əl-Xelafi Kilian Mbappe və Lionel Messi barədə açıqlamaları ilə gündəmə gəlib.

Offsideplus.az "L'Equipe"ə istinadən xəbər verir ki, Əl-Xelafi gələn ilin yayı müqaviləsi başa çatan 22 yaşlı ulduz futbolçusunu heç vaxt satmayacağını açıqlayıb:

"Düzünü deyəcəm. Mbappe PSJ-də qalacaq. Onu heç vaxt satmayacağıq və heç vaxt azad agent kimi klubu tərk etməyəcək".

Klub prezidenti "Barselona" ilə anlaşması iyunun 30-da başa çatan Leo Messi barədə də açıqlama verib: "Deyəcəyim odur ki, bütün böyük oyunçular PSJ-də oynamaq istəyir. Onların hamısını gətirə bilmərik, çünki əla futbolçuların olduğu komandamız var. Messi, Messidir - möhtəşəm oyunçu. "Barselona"nın prezidentinə artıq çoxdan demişəm ki, müqavilə başa çatır və hər bir klubun yanvarın 1-dən etibarən Messi ilə əlaqəyə keçmək hüququ var".

Qeyd edək ki, Leo Messinin "Barselona" ilə iki illik müqavilə imzalayacağı gözlənilir.