“Strasburq” klubu baş məşqçisi Tyerri Lore ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki,  57 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddətini artırmaq istəmədiyi və bu üzdən də tərəflərin yollarını ayırdığı məlum olub.

Qeyd edək ki, Lore 2016-cı ildən Liqa 1 təmsilçisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Liqa 1-dəki son mövsümü 15-ci pillədə başa vurub.