PSJ Kilian Mbappenin komandadan ayrılması halında yerinə gətirəcəyi futbolçunu müəyyənləşdirib.

Offsideplus.az "Le Parisien"ə istinadən xəbər verir ki, "Liverpul"un hücumçusu Mohamed Salah Mbappeni əvəzləyəcək əsas namizəddir. Paris təmsilçisinin Salah üçün 80 milyon avro xərcləməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, bir müddət öncə misirli futbolçunun atası oğlunun "Liverpul"da xoşbəxt olmadığını demişdi.