PSJ-nin braziliyalı müdafiəçisi Dani Alves sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, futbolçu Fransa Kubokunun finalında “Le Arbe” ilə görüşdə zədələnib.
Dizindən xəsarət aldığı üçün əvəzlənən braziliyalı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Hətta futbolçunun dünya çempionatından kənarda qalmaq ehtimalı da var.
Qeyd edək ki, PSJ – “Le Arbe” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.